Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


30.07.2019  18:06 

Zurabişvilidən Keşikçidağ AÇIQLAMASI





A+  A-

Gürcüstan Prezidenti Salome Zurabişvili hesab edir ki, Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası üzrə birgə komissiyada rahat şəraitdə işləmək imkanı olmalıdır.
XəzərNews.az xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin mətbuat katibi Xatiya Moisçrapişvili brifinq zamanı danışıb.

“İnkişaf və bizim götürdüyümüz kurs üçün Gürcüstana müəyyən edilmiş sərhədlərin lazım olması məsələsi ilə hər kəs razıdır. Buna görə də Gürcüstan prezidenti hesab edir ki, komissiyaya işləmək imkanı verilməlidir. Sözsüz ki, heç kimin bunun bu gün və ya sabah baş verəcəyi ilə bağlı illüziyaları yoxdur. Lakin bizim istədiyimiz nəticəyə nail olmaq üçün komissiyanın dinc və səmərəli mühitdə işləmək imkanı olmalıdır”, - mətbuat katibi bildirib.

Xatırladaq ki, sözügedən komissiya 23-24 may tarixlərində 8 ildən sonra Bakıda fəaliyyətini bərpa etmişdi

Xəbər 3503 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +