Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır


13.06.2019  12:25 

Avropada ilin transferi rəsmən açıqlandı





A+  A-

“Atletiko”dan ayrılan Antoine Qrizmannın oynayacağı klub açıqlanıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Madrid klubunun icraçı direktoru Angel Gil Marin açıqlama verib.

Klub rəsmisi bildirib ki, fransız ulduz “Barselona”ya keçəcək. Onun sözlərinə görə, artıq klublar arasında anlaşma əldə olunub: “Mart ayından Qrizmannın “Barselona”ya gedəcəyini bilirdik”.

İspaniya mətbuatının məlumatına görə, “Barselona” 28 yaşlı futbolçu üçün 200 milyon avro xərcləyəcək.

Qeyd edək ki, Qrizmann “Atletiko”da keçirdiyi 5 mövsümdə 256 oyun keçirərək 133 qol vurub və 30 məhsuldar ötürmə edib. O, komandanın heyətində Avropa Liqasının, UEFA Super Kubokunu və İspaniya Super Kubokunu qazanıb.

Xəbər 3172 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +