Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev
İkimərtəbəli otel binasında yanğın olub


08.12.2017  17:09 

Qüds və İordan çayının qərb sahilində iğtişaşlar başladı





A+  A-

Qüds və İordan çayının qərb sahilində iğtişaşlar başlayıb.
XəzərNews.az-ın xəbərinə görə, buna səbəb ABŞ prezidenti Donald Trampın Yerusəlimi (Qüds) İsrailin paytaxtı elan etməsi olub.

Əl-Aksa məscidində cümə namazından sonra etirazçılar meydanlara axışıblar. İsrail əsgərləri onlara qarşı gözyaşardıcı qazlardan istifadə edirlər.

Etirazçılar “ABŞ-a ölüm”, “Satqın ABŞ” şüarları səsləndirərək ABŞ-ın dövlət bayrağını yandırıblar.

İsrail əsgərləri və fələstinlilər arasında toqquşmalar nəticəsində ən azı 40 nəfərin yaralandığı deyilir.

Qeyd edək ki, Trampın Qüdsü paytaxt kimi tanımasından sonra “Həmas” cümə gününü İsrailə qarşı Qəzəb Cüməsi elan edib. Minlərlə fələstinli küçələrdə İsrail və ABŞ-a etiraz edir.



Xəbər 3368 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +