Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır


08.12.2017  10:42 

İş adamları Füzuliyə 10 milyon manatdan çox investisiya yatırıb - FOTOLAR





A+  A-

Prezident İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, onların fəaliyyətinə müdaxilələr edilməməsi, sahibkarlar üçün yerlərdə münbit şərait yaradılması barədə tapşırıqları cəbhə bölgəsində yerləşən Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.
Bu barədə rayon İcra Hakimiyyətindən XəzərNews.az-a bildirilib.

Qeyd edilib ki, Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində iş adamlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları, yeni iş yerləri yaradaraq rayonun inkişafına təkan vermələri üçün hər cür şərait yaradılır.

“Rayonda sahibkarlığın inkişafına yaradılan şəraitin nəticəsidir ki, hazırda yüzlərlə şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər.
Təkcə 2017-ci ilin 11 ayı ərzində iş adamları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Füzuli rayonuna 10 milyon manatdan artıq investisiya qoyulub, kənd təsərrüfatının, yerli istehsalın inkişafına xidmət göstərən tədbirlər həyata keçirilib, özəl sektorun çəkisi artırılıb. Hesabat dövründə iş adamları tərəfindən rayonda 2700 ha ərazidə Aqropark yaradılıb, 4 iri taxılçılıq təsərrüfatı, həmçinin böyük toxumçuluq təsərrüfatı, 10 ha ərazidə istixana kompleksi yaradılmış, kənd təsərrüfatı məhsullarının satış yarmarkası tikilib. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açıb, sahibkarlıq fəaliyyətlərini genişləndiriblər”,-deyə açıqlamada bildirilib.










Xəbər 4015 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +