Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb


05.05.2017  18:06 

“Nardaran işi“ üzrə ikinci dəstənin məhkəməsi davam etdirilib





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" adlı təşkilatın sədr müavini Elçin Qasımov və təşkilatın üzvləri Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə şahid qismində ifadə verən Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Nəsib Əsədullayev bildirib ki, 2015-ci il noyabrın 5-də onlara Sabunçu rayon Polis İdarəsinə getmək tapşırığı verilib. Hadisə yerində vətəndaşların səs-küy salmasını, daş atmalarını görüb.

Prosesdə ifadə verən digər polis əməkdaşı Nadir Vəliyev təqsirləndirilən şəxsləri tanımadığını deyib.

Daha sonra prosesdə ifadə verən Sabunçu rayon 14-cü Polis Bölməsinin əməkdaşı Emin Babayev bildirib ki, 2015-ci il noyabrın 5-də Elçin Qasımova yaxınlaşıb bölməyə dəvət etsə də, o, bu dəvətdən imtina edib.

Təqsirləndirilən şəxs Elçin Qasımov şahidin yalan ifadə verdiyini bildirib.

Proses mayın 12-də davam edəcək.

(trend.az)

Xəbər 3118 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +