“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


24.05.2017  21:58 

“Diplom haqqında arayış” elektron xidməti yeniləndi





A+  A-

“Elektron hökumət” portalında Təhsil Nazirliyi tərəfindən təqdim edilən "Diplom haqqında arayış" adlı elektron xidmət yenilənib.
XəzərNews.az-a daxil olan məlumata görə, bazaya olunan əlavələrdən sonra ali məktəb məzunları 2011-ci ildən bu günədək olan diplomları haqqında arayışı əldə edə etmək imkanı qazanıblar.

Qeyd edək ki, indiyədək "Diplom haqqında arayış" elektron xidməti 2012-2013-cü illərin məlumatını özündə əks etdirirdi.

Bir neçə ildir ki, portal istifadəçilərinin ixtiyarında olan adı çəkilən xidmətə istifadəyə verildiyi tarixdən bu günədək 58 min 424 dəfə müraciət qeydə alınıb.

Elektron arayışda sənədin nömrəsi, verilmə tarixi, vətəndaşın tam adı, doğum tarixi, qəbul olduğu təhsil müəssisəsinin adı, qəbul olduğu ixtisas, həmçinin bitirdiyi təhsil müəssisəsinin adı, ixtisası, fakultə, təhsil pilləsi, təlim dili, təhsil müəssisəsinə daxil olduğu və bitirdiyi illər, diplomun seriya nömrəsi, növü və s. məlumatlar öz əksini tapır.

Xidmətdən istifadə etmək üçün www.e-gov.az portalında qeydiyyatdan keçmək lazımdır. İstifadəçilər arayışı əldə etmək üçün 2 üsuldan istifadə edə bilər.

“Diplomun Seriya və Nömrəsinə görə” axtarışı seçən istifadəçi diplomun seriya nömrəsini, adının birinci hərfini, soyadnın birinci hərfini və ata adının birinci hərfini sistemə daxil edib, "Göstər" düyməsini seçməklə elektron arayışını əldə etmiş olacaq.

Xəbər 1385 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +