“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


16.03.2024  10:35 

DİN yükdaşıma ilə bağlı xəbərdarlıq etdi





A+  A-

Son günlər yük daşıma fəaliyyəti göstərən sürücülər tərəfindən daşınan yüklərin ölçü parametrlərinə əhəmiyyət verilməməsi, xüsusilə qablaşdırılmanın düzgün aparılmaması səbəbindən baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir.

Bu barədə Daxili İşlər Nazirliyindən Xəzərnews.az-a daxil olan məlumatda deyilir. Bildirilib ki, yüklərin bu şəkildə daşınması hərəkət zamanı nəqliyyat vasitələrinin ağırlıq mərkəzinə bilavasitə təsir göstərir ki, bu da yükün yola dağılması, habelə avtomobilin özünün aşması ehtimalını dəfələrlə artırır.

Baş DYP İdarəsi bir daha yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək yükdaşıma normalarına və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir, bununla yanaşı sadalanan qayda pozuntularının qanunla nəzərdə tutulmuş məsuliyyət yaratdığını və bu sahədə inzibati xətalara yol vermiş şəxslər barəsində ciddi tədbirlərin görüləcəyini onların diqqətinə çatdırır.

Xəbər 1094 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +