“Azərsu” yerini tapmadığı mənzilə 955 manat borc yazıb
Azərbaycanlı mer namizədi oldu
Makron da Vaşinqton Sazişini alqışlayır
Paşinyan Sazişdən yazdı
Röyanın atası vəfat edib
FHN 2 otaqlı evi 63 min manata tikdirir
Vilayət Eyvazov Xaçmazda qəbul keçirəcək
Azərbaycanlı sahibkarları “çimdikləyə“ bilərik - Deputat
Paşinyan Putinlə danışdı
“Azercell” oğurluğa davam edir - Elmi işçi


04.12.2021  17:29 

Niyə bir dövlət qurumu digər dövlət qurumunun elektron sənədini tanımır?





A+  A-

Bu gün Balakən ASAN-da elə bir situasiya ilə rastlaşdım ki, yumşaq desəm, biabırçılıqdır.

Notariusla bağlı məsələləri heç bir problem olmadan, son zamanlar hazırlanan ən faydalı rəqəmsal həll ilə, Mobil Notariat vasitəsilə aldığım etibarnamə əsasında həll etdim və zəruri xidmətləri problemsiz aldım.

Növbəti xidməti almaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri Xidmətinə yaxınlaşdım.

Bildirdilər ki, Mobil Notariat sistemini görə bilmirlər və bu səbəbdən də elektron etibarnamə onlar üçün məqbul deyil.

İsrar etdim, mümkün olmadı. Sistemləri inteqrasiya olunmadığından dövlət qurumları bir birinin elektron sənədlərini tanımırlar.

Açdım öz telefonumdakı Mobil Notariat sistemini , elektron etibarnaməni göstərdim, Reyestr Xidməti qəbul edə bilməyəcəyini bildirdi.
Kağız formada istədi.

Əvvəl ümumiyyətlə sadəcə kağız formada deyil, yenidən notarial təsdiqlə kağız formada tələb olunduğunu bildirdi.

Təəssüf ki nə ASAN, nə də Reyestr Xidmətində elektron sənədin kağız formada çapını reallaşdıra bilmədilər. Belə imkan olmadığını bildirdilər.

Belə olduqda, Reyestr Xidməti Mobil Notariat sistemin özündən kağız formada çıxarışı qəbul edə biləcəyini qeyd etdi.

Lakin məlum oldu ki, mövcud qaydalara görə mən Mobil Notariat sistemindəki elektron sənədi kağız formaya çap etdikdə onu yenidən notarial qaydada təsdiqlətməliyəm!

Hansı ki, artıq bir dəfə ödəniş edilib və elektron qaydada etibarnamə alınıb.

Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin rəqəmsallaşma səviyyəsi yetərli olmadığından, Elektron Hökumətin İnkişafı Mərkəzi inteqrasiyanı başa çatdıra bilmədiyindən belə bir anormal vəziyyət var.

Beləliklə, nəticə:

Mən xidməti almaq üçün Mobil Notariat sistemindəki elektron etibarnaməni kağız formada çap etdirdim, yenidən Notariusda notarial qaydada təsdiq elətdirdim, yenidən kitaba saldırıb imzaladım və həmin kağızı Reyest Xidmətinə təqdim etməklə xidməti əldə edə bildim.

Buyurun, Elektron Hökumətin İnkişafı Mərkəzi, hörmətli Fariz müəllim!

Bu da elektron hökumətin inkişaf vəziyyəti, inteqrasiyanın vəziyyəti.

Ümid edirəm nəzərə alacaqsınız.

Osman Gündüz
Azərbaycan İnternet Formunun prezidenti


Xəbər 7638 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.08.2025  18:14 

Azərbaycanlı mer namizədi oldu

11.08.2025  18:02 

Paşinyan Sazişdən yazdı

11.08.2025  17:09 

Röyanın atası vəfat edib

11.08.2025  15:10 

Paşinyan Putinlə danışdı

11.08.2025  14:23 

Vahan Kostanyan Tehrana gedir

11.08.2025  14:22 

Qusarda iki nəfər baltalandı

11.08.2025  12:31 

Məktəbli formaları UCUZLAŞDI


BÜTÜN XƏBƏRLƏR +