Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


24.01.2024  11:53 

Borca görə qazın, suyun, işığın kəsilməsi qanunidirmi?





A+  A-

Vətəndaşlar kommunal xidmətlərlə bağlı ödənişləri gecikdirdikdə və ya ümumiyyətlə ödəmədikdə bir çox halda aidiyyəti qurumlar tərəfindən göstərilən xidmət dayandırılır. Bu isə çox vaxt insanların narazılığına səbəb olur. Görəsən borca görə vətəndaşın qazının, suyunun, işığının kəsilməsi qanunidirmi?

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Yenisabah.az-a açıqlamasında bu addımın qanunvericiliyə uyğun olduğunu qeyd edib.

“Biz Allaha şükür etməliyik ki, mütəxəssislər nə yaxşı kanalizasiyanın ayrılma xəttini yaratmayıblar. Qanunvericiliyə görə kommunal borcu olan vətəndaşa 1 ay müddətində xəbərdarlıq olunursa və bu müddət ərzində ödəniş edilmirsə, həmin kommunal təminat kəsilə bilər. Qeyd edim ki, ümumiyyətlə istehlakçılar bununla bağlı maariflənməli və kommunal borcları vaxtında ödəməlidir”.

Eyyub Hüseynov vətəndaşların tez-tez üzləşdiyi daha bir problemə diqqət çəkib.

“Bu sahədə geniş yayılmış problemlərdən biri ev alqı-satqısı zamanı mənzilin yeni sahibinə bir müddət sonra böyük miqdarda borc gəlməsidir. Burada borc yeni istehlakçının üzərinə yazılır. Bu anormaldır və bu sahədə çox ciddi problemlər var. Düşünürəm ki, ev alqı-satqısı zamanı bu məsələlər həll olunmalıdır. Heç kimin borcunu əsassız yerə digəri ödəməməlidir. Notarius bu məsələlərə diqqət yetirməlidir. Eyni zamanda istehlakçı istifadə etdiyi kommunalın haqqını verməlidir. Əks halda, kommunal xidmətin kəsilməsi qanunidir”.

Xəbər 6880 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +