Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


11.10.2023  21:32 

Mehdiabadda şəhid adına küçənin bərbad halı... - Fotolar





A+  A-

Jurnalist Ekspert mərkəzinin sədri Ceyhun Musaoğlu Abşeron rayon Mehdiabad qəsəbəsi, şəhid Sabir Muradov küçəsinin hazırkı vəziyyətindən şikayətlənib.

Xəzərnews.az xəbər verir ki, Ceyhun Musaoğlu küçədə yolun bərbad vəziyyətdə olduğun, kanalizasiyanın isə ümumiyyətlə olmadığını bildirib.

“Mehdiabad qəsəbəsi, şəhid Sabir Muradov küçəsidir. Əsas küçədir, ara küçələrin də əksəriyyəti şəhid adınadır. Yol yox, kanalizasiya yox... indi də təzə "ay doğub". Hər şirkət küçəyə dəmir sütunlar basdırıb, üzərindən naqillər aparır. Biri internet çəkir, bir telefon, o biri işıq, başqası da peyda olub kamera quraşdırır. Sanki qurumların hərəsi bir ölkənin təmsilçisidir, bir sütun basdırıb üzərindən səliqə ilə naqilləri çəkə bilməzlər? Bu pintilik, bu laqeydlik, "bu gün var, sabah yoxdur", "mən salim olum, cümlə-cahan batsa da batsın" görməmişliyi qalib dövlət adına, müqəddəs şəhid ruhuna pinti ləkədir”, - deyə C.Musaoğlu qeyd edib.




Xəbər 6313 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +