Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


09.10.2023  11:12 

Dakarda salınmış Bakı-Dakar xiyabanı dağıdılıb - Foto





A+  A-

Seneqalın paytaxtı Dakarda salınmış Bakı-Dakar xiyabanı dağıdılıb. Ərazidə quraşdırılmış fantan və heykəl yararsız hala salınıb, divarlar zədələnib, ərazi zibilliyə çevrilib.

Xəzərnews.az Bakupost.az-a istinadən xəbər verir ki, ərazidə quraşdırılmış fantan və heykəl yararsız hala salınıb, divarlar zədələnib, ərazi zibilliyə çevrilib.

Həmin ərazini təmir etdirən, ümumimilli lider Heydər Əliyevin büstünü qoyduran azərbaycanlı iş adamı, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun İdarə Heyətinin üzvü Nihad Məhərrəmzadə Bakupost.az -a faktı təsdiqlyib.



N.Məhərrəmzadə bildirib ki, məsələdən xəbərdar olan kimi, əraziyə baş çəkib və gördüyü mənzərədən dəhşətə gəlib. Onun sözlərinə görə, xiyaban əvvəllər də yaxşı vəziyyətdə olmayıb və o, öz təşəbbüsü ilə ötən il oranı təmir etdirib, Heydər Əliyevin büstünü qoydurub, fontan tikdirib və ərazidə səliqə-səhman yaradıb.



Qeyd edək ki, həmin park 1970-ci ildə Seneqal hələ keçmiş SSRİ-nin təsir dairəsində olarkən salınıb. Bu tarixdən 3 il əvvəl isə Bakı ilə Seneqal şəhərləri qardaşlaşıb. Elə həmin il Bakıda qardaşlığın simvolu olan “Dakar meydanı” salınıb. İndi həmin ərazi “Neftçilər dairəsi” də adlanır. Bizdə bu ərazi qorunub saxlanılsa da, Dakardakı Bakının adı ilə bağlı olan məkan isə təhqiramiz formada dağıdılıb.



Xatırladaq ki, N.Məhərrəmzadə Ukraynada fəaliyyət göstərən tanınmış iş adamı Arzum Məhərrəmovun oğludur.





Xəbər 6139 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +