Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.05.2023  13:45 

Gənc aktyor küçədə gecələyir: Nə yaşamağa evi, nə də kirayə qalmağa imkanı var





A+  A-

Akademik Milli Dram Teatrının aktyoru, Prezident mükafatçısı Elçin Əfəndi küçələrdə gecələyir.

XəzərNews.az xəbər verir ki, Qaynarinfo aktyordan “Mən küçələrin övladıyam” fikirinin səbəblərini öyrənib. Aktyor bildirib ki, nə yaşamağa evi var, nə də kirayə qalmağa imkanı:

“Rəhmətik Azərpaşa Nemətovun sağlığında Bakı Şəhər İcra Hakimiyyətinə məktub yazırdı ki, mənə heç olmasa köhnə binadan ev versinlər. Oradan cavab gəldi ki, qeydiyyata aldıq, növbəyə götürdük. Azərpaşa müəllim əsəbləşib icra hakimiyyətinə telefon etdi, bildirdi ki, “İstəyirsiniz mən cənab Prezidentə teleqram vurum? Sizin fondda 2 otaq ev yoxdur ki, respublikanın bir nömrəli teatrının aktyoruna, Prezident mukafatçısına 2 otaq verəsiniz? Aktyor küçədə yatır. Həmin aktyor səhnədə obraz yaradır, siz də tamaşaya gələndə baxıb dincəlirsiniz, sonra əl çalırsınız. Amma aktyora 2 otaq ev vermirsiz ki, ailəsini, uşağını gətirib insan kimi yaşasın”.

İcra hakimiyyətindən dedilər ki, bunun üçün Mədəniyyət Nazirliyi quruma məlumat verməlidir. Həmin vaxt nazir Anar Kərimov idi. Anar Kərimov teatra tamaşaya baxmağa gəlmişdi. Tamaşadan sonra Azərpaşa müəllim İlham Rəhimli ilə birlikdə problemi nazirə dedi. Nazir də dinləyəndən sonra dedi ki, niyə bizim bundan xəbərimiz yoxdu? Söz verdi ki, bu məsələni Prezidentə deyəcək. Azərpaşa müəllim ölümündən bir gün qabaq mənə dedi ki, mədəniyyət naziri Adil Kərimliyə deyəcəm, bizə bu məsələdə kömək etsin, səni kücələrdə belə görəndə pis oluram”.

Elçin Əfəndi deyir ki, bu məsələdən bir az sonra mədəniyyət nazirini vəzifəsindən uzaqlaşdırdılar:

“İndi evsizəm, bu nə qədər davam edəcək bilmirəm. Dəhşət odur ki, oynadığım tamaşaların arasında 7-8 gün fərq olanda rayona gedib- gəlirəm. Ailəm 3 aydır rayondadır, özüm isə dost-tanış qapısında. Bəzən onlardan kimsə evdə olmayanda gecəni küçələrdə keçirirəm. Kirayə çox bahadır, 400 manatdan aşağı normal ev yoxdur. Bunun kommunal xərcləri də var, bu qədər pulu hardan alım? Övladım məndən uzaqda böyüyür, bu, məni narahat edir. Bunu nə insanlıq, nə də Allah götürməz. Hamımız öləcəyik, kimsə bu dünyanı tutub qalmayacaq deyib gülürəm. Kənardan baxan elə bilir ki, məndən bəxtəvər adam yoxdur. İçim qan aglayır. Tamaşa oynayanda fikirim övladımın yanında qalır, xəstə olan günləri də olur, qayğısına qala bilmirəm. İndi mən səhnədə obraz yaradım, yoxsa 405 km məsafədə olan ailəmi, uşağımı düşünüm? Cavabını mənə deyin, yaxşı ki, həyatda ölüm var…”

Xəbər 3314 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +