Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


17.04.2023  15:21 

Ağacları qanunsuz kəsənlərin...





A+  A-

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nəsimi, Binəqədi rayonlarında, eyni zamanda Qəbələ və Şəmkir rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

XəzərNews.az xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb.

Ağacların Nəsimi rayonu, 20 Yanvar küçəsi, 3005-ci məhəllədə “Şərq İnşaat” MMC tərəfindən, Binəqədi rayonu, Teymur Yaqubov küçəsi 24 ünvanında Biləcəri bələdiyyəsi, Qəbələ rayonu, Çarxana kəndi ərazisində rayon sakinləri Yavər Mürsəlov və Kamal Zəkəryəyev, Şəmkir rayonu, Şəmkir-Qapanlı avtomobil yolunun sağ tərəfində isə Qapanlı kənd sakini Yusif İsmayılov tərəfindən kəsildiyi məlum olub.

“Faktlarla bağlı akt tərtib edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”, - o bildirib.

Xəbər 2479 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +