Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


01.12.2022  14:18 

“1 dekabr - soyuqdan donuruq!” - Etiraz





A+  A-

Sosial şəbəkələrdə Sabirabad rayonunun Kovlar kənd tam orta məktəbində istiliyin olmamasına etiraz edən şagirdlərin görüntüləri yayılıb.

XəzərNews.az xəbər verir ki, fotoda məktəblilər əllərində “1 dekabr - soyuqdan donuruq!” sözləri yazılan vərəqlər tutublar.

Onlar bu şəkildə məktəbdə istiliyin olmamasına etiraz ediblər.

Məsələ ilə əlaqədar Mil-Muğan Regional Təhsil İdarəsi bildirilib ki, hazırda problemin həlli ilə əlaqədar iş gedir:

“Bir neçə gündür Kovlar kənd məktəbində istiliklə bağlı problem yaranıb. Məktəb dizel yanacağı ilə qızdırılır. Qazanxana işə salınan zaman problem ortaya çıxıb. Hazırda ustalar işləyirlər. Bəzi detallar lazım idi, onlar alınıb. Bu gün, uzağı sabah problem aradan qaldırılacaq, məktəb istiliklə təmin olunacaq”.

Xəbər 2538 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +