Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


11.11.2022  12:18 

Elektrik sayğacına belə müdaxilə etdi, amma tutuldu - Video





A+  A-

“Azərişıq” ASC növbəti dəfə elektrik enerjsinin talanması faktını aşkara çıxarıb.

XəzərNews.az “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, qeyri-əhali abonenti olan şəxs elektrik sayğacına bu dəfə daha çox rast gəlinən üsullarla yox, daha gizli bir variantla müdaxilə edib. Sayğaca aylıq baxış zamanı isə bu xoşagəlməz hal müəyyən olunub. Yoxlama zamanı məlum olub ki, sayğacın arxa hissəsindən xüsusi dəlik açılaraq, sayğacın kontaktrının kommunikasiya naqilləri kəsilib.

“Azərişığ”ın müvafiq strukturları bu istiqamətdə mütəmadi manitorinqlər keçirir və istənilən neqativ halların qarşısı alınır. Üstəlik, istismara verilən sayğaclar müasir və rəqəmsal olduğundan bütün müdaxilə halları sayğacın yaddaş blokunda əks olunur. Laboratoriya şəraitində sayğaclara proqram əlavəsi tətbiq olunaraq həmin müdaxilə halları detallı şəkildə təsdiqini tapır.

Kənar qoşulmalar təkcə elektrik enerjisinin talanması, ödənməli olan məbləğdən yayınmaq demək deyil. Bu həm də elektrik təsərrüfatına ziyanın vurulması ilə nəticələnir, digər abonentlərin də keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına maneələr yaradır.



Xəbər 2766 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +