Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


06.10.2025  17:37 

Gilan Kərpic Zavodunda ölüm...





A+  A-

Qaradağda kərpic zavodunda baş verən ölüm hadisəsi ilə bəzi təfərrüatlar məlum olub.

XəzərNews.az xəbər verir ki, bir neçə gün əvvəl Qaradağ rayonu, Sahil qəsəbəsinin ərazisində yerləşən kəpric zavodunda təmir işləri aparan Əfqan Babayev adlı şəxsin dam örtüyündən yıxılaraq öldüyü barədə məlumat yayılıb. Mediada dərc olunan xəbərlərdə zavodun adı qeyd edilməyib.

Apardığımız araşdırma nəticəsində məlum olub ki, olay Gilan Kərpic Zavodunda baş verib. Bu iddianı əməkdaşımıza zavoddan da təsdiqləyiblər.

Gilan Kərpic Zavodu 2016-cı ildə vergi qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manatdır. Zavodun rəhbəri İbrahimov Rəhman Faiq oğludur.
Zavod əvvəllər Qaradağ Kərpic Zavodu adı ilə fəaliyyət göstərib.

Zavodun rəhbəri Rəhman İbrahimova gəlincə, onun adı, soyadı və atasının adı 2016-cı ildə avtoxuliqanlıqla gündəmə gələn və mediada "Zadnıy Rəhman" kimi təqdim edilən İbrahimov Rəhman Faiq oğlunun adı, soyadı və atasının adı ilə üst-üstə düşür.

Bəzi məlumatlara görə, zavodun rəhbəri ilə avtoxuliqanlıqla gündəmə gələn "Zadnıy Rəhman” eyni şəxsdir. Lakin bunu zavoddan dəqiqləşdirmək mümkün olmayıb.// Qaynarinfo


Xəbər 3580 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +