Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.04.2025  10:49 

Mingəçevirdə Günəşli bağlar massivini su basıb





A+  A-

Axşamdan yağan güclü yağış Mingəçevirdə Günəşli bağlar massivində su kanalının daşmasına səbəb olub, ərazini su basıb.

XəzərNews.az xəbər verir ki, səhərədək fasiləsiz yağan leysan xarakterli yağış nəticəsində şəhərin 20 Yanvar, M.Maqomayev, N.Nərimananov və digər küçələrini su basıb, nəqliyyatın hərəkətində problemlər yaranıb.

Aidiyyati qurumların çevik müdaxiləsi nəticəsində küçələrdə yığılan su kanalizasiya xəttlərinə axıdılıb.

Ən çətin durum isə Günəşli yaşayış massivində yaşanıb və hazırda yaşanmaqdadır.

Su kanalının dolması və daşması nəticəsində kanalın suyu sürətətlə əraziyə yayılmaqdadır. Ətraf küçə və həyətləri su basıb.

Ərazi sakinləri və avtomobillər üçün hərəkət məhdudiyyəti yaranıb.

Bəzi həyətlərdən sakinlər mühərriklərlə toplanmış suyu küçəyə axıtmağa çalışırlar.

Xəbər 3683 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +