Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


08.02.2025  01:35 

Lənkəranda qəbiristanlığı su BASDI





A+  A-

İntensiv yağışlar nəticəsində Lənkəranın Şiləvar kəndi ərazisində yerləşən qəbiristanlığa su dolub.

Nəticədə, onlarla qəbir su altında qalıb, bir neçəsinə ziyan dəyib.

XəzərNews.az Baku TV-yə istinadən xəbər verir ki, məzarlığa ziyarətə gələn rayon sakini Hüseyn Ağayev qohumunun qəbrini tapa bilmədiyini söyləyib:

"Gəlib gördüm ki, qəbirlər suyun içindədir, keçmək mümkün deyil, qəbirləri tapmaq olmur. Fövqəladə Hallar Nazirliyinin qüvvələri də gəlib, suyu boşaltmağa kömək edirlər".

"Qəbiristanlığı su basıb. Məzarlığa girmək mümkün deyil. Hamısı suyun içindədir, təzə qəbirlər də çöküb", - rayon sakini Kamran Muradov deyib.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin aidiyyəti qurumları əraziyə cəlb olunub, problemin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.

Xəbər 3348 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +