Zelenski Putindən başqa heç kəslə görüşməyəcək
Bank kartlarından 9 min manata yaxın pul oğurlanıb
Maska rejimi QAYIDIR?
Məktəb direktorları 150 minlik maşınları necə alır?
14 tibb bacısı eyni anda hamilə qaldı
Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO


29.11.2019  10:52 

İraqda daha 40 etirazçı öldürüldü





A+  A-

Ötən gün Bağdad şəhəri və İraqın cənubunda iğtişaşlar nəticəsində 40 etirazçı öldürülüb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Associated Press” nəşri anonim tibb işçiləri və təhlükəsizlik qüvvələrinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, İran konsulluğu yandırıldıqdan sonra yaranmış münaqişə zamanı isə Nəcəf şəhərində 36 etirazçı öldürülüb, 245 nəfər yaralanıb. Paytaxtda daha 4 nümayişçi güllələnib, 22 nəfər xəsarət alıb.

Bu məqamda bildirək ki, İraqda 1 oktyabr 2019-cu ildə nümayişlər başlayandan bəri ən azı 350 nəfər ölüb, minlərlə insan yaralanıb.

Əvvəlcə etirazçılar hakimiyyətdən gənclərin işsizliyinə və korrupsiyaya diqqət yetirmələrini, sonra mövcud siyasi sistemin dəyişdirilməsi tələblərini səsləndirməyə başlayıblar. Baş nazir Adil Əbdül-Mehdi hökumətdə dəyişikliklər ediləcəyini və sosial sahədə islahatlar aparacağını vəd etsə də, nümayişçilər bununla kifayətlənməyiblər. İndi onlar Baş Nazirin özü də daxil olmaqla bütün siyasi rəhbərliyin istefasını tələb edirlər.

Xəbər 1606 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +