Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


24.08.2022  14:34 

10 min əhalisi olan bu kənd susuz qalıb...





A+  A-

Lənkəran rayonunun ən böyük kəndlərindən biri olan Boladi kəndinin sakinləri susuzluqdan əziyyət çəkirlər.

Maşınlarla aldıqları su da 5-10 gündən sonra qurd salır. Təbii ki, bu da onların həyatına təhlükə yarada bilər. Ən acınacaqlısı isə odur ki, sakinlər təsərrüfatda da məhz bu sudan istifadə etmək məcburiyyətində qalıblar.

Kənddə içməli su sistemi olmadığından, sakinlər həyətlərində quyu və ya artezian qazmağa məcbur olurlar. Quyulardan çıxan su da şor olur. Şoran su isə həm məişətdə istifadəyə, həm əkinə, həm də maldarlıq üçün yararsız hesab olunur. Kəndin əksər həyətyanı sahələrində orqanizm üçün ziyanlı hesab edilən asbest çənlərə rast gəlmək mümkündür. Sakinlər qarşılaşdıqları su problemi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə hasil olmayıb.

Məsələ ilə bağlı Boladi kənd ərazi icra nümayəndəsi Nizami Hüseynov şifahi olaraq bildirib ki, Lənkəran rayonunun Boladi kəndinin əksər hissəsində suların duzluluğu normadan dəfələrlə çox olduğundan vətəndaşların içməli su təminatında çətinliklər yaranır.

Rayon ərazisində dövlət vəsaiti hesabına artezian quyuların qazılması nəzərdə tutulsa da, suların duzlu olması ilə əlaqədar ərazidə bu quyuların qazılması məqsədəmüvafiq sayılmır. Bununla bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən dəfələrlə mənbəyi Yuxarı Xanbulançay Hidroqovşağı olmaqla əraziyə su xətlərinin çəkilməsi barədə “Azərsu” ASC-yə və digər təşkilatlara məktublar göndərilib. Gələcəkdə kəndin içməli su ilə təminatının yaxşılaşdırılması üçün aidiyyəti orqanlar tərəfindən layihələndirmə istiqamətində işlər aparılır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:



Xəbər 1590 dəfə oxunub.




02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +