Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


18.03.2019  15:52 

Füzulidə ümumrayon şənliyi keçirilib - FOTO





A+  A-

Xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə Horadiz şəhəri Olimpiya İdman Kompleksində ümumrayon şənliyi keçirilib.
XəzərNews.az xəbər verir ki, bayram şənliyində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis Sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova və rayonun idarə, müəssisə, təşkilatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələr iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Bahar Muradova əvvəlcə Novruza aid adət-ənənələri özündə əks etdirən sərgiyə baxıblar. Milli adət-ənənələrimizə uyğun olaraq meydanda yun daranıb, nehrə çalxalanıb, sacda yuxa bişirilib.

Tədbir Dədə Qorqud və Bahar qızın meydana gəlişi ilə başlayıb, Novruz tonqalı alovlandırılıb.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb.

Alı Alıyev milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü dövlət siyasətindən danışıb, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki xidmətlərindən bəhs edib.

Alı Alıyev deyib: “Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, azərbaycançılıq məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq 10 ildir ki, YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib”.

Milli Məclis Sədrinin müavini Bahar Muradova da çıxış edib, tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib. Bildirib ki, Novruz bayramı arzuların, niyyətlərin həyata keçməsi bayramıdır. İnanıram ki, yaxın günlərdə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq.

Sonra Novruzun qəhrəmanları olan Kosa və keçəl, rayon Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri tonqal ətrafında yallı gediblər. Bayram adətinə görə uşaqlar yumurta döyüşdürüb. Kosa və keçəlin şən zarafatları, Dram Teatrının aktyorlarının ifasında yumoristik səhnələr, rayon idmançılarının nümunəvi çıxışları, mədəniyyət işçilərinin konsert proqramı tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini daha da artırıb.





Xəbər 1436 dəfə oxunub.



15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +