200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


13.09.2021  21:46 

DİN-dən Fuad Muradovun saxlanılması xəbərinə - Reaksiya





A+  A-

Daxili İşlər Nazirliyi özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən Fuad Muradovun saxlanılması xəbərinə münasibət bildirib.
DİN-in mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, hüquqşünas Aslan İsmayılovun müraciəti əsasında Furad Muradov polisə dəvət olunub.

Onun izahatı alınıb və sərbəst buraxılıb. Hazırda həmin müraciət əsasında araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Aslan İsmayılov özünün feysbuk hesabında Fuad Muradovla bağlı paylaşım edib. O bildirib ki, uzun müddətdir sosial şəbəkələrdə ictimai aktiv şəxsləri küçə söyüşləri ilə təhqir edən F.Muradov haqqında qanuni tədbirlərin görülməsi üçün 10 sentyabr tarixində DİN-ə ərizə ilə müraciət edib. İsmayılovun sözlərinə görə, o, bu gün ərizə ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib və sübutları təqdim edib.

"Ərizə üzrə araşdırma davam edir. F.Muradov şübhəli şəxs kimi saxlanılıb və hal-hazırda adıçəkilən idarədədir", - deyə o, qeyd edib.

Xəbər 2810 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +