200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


01.09.2021  09:49 

Gəncədə qadın qadını öldürdü





A+  A-

Gəncə şəhərində 58 yaşlı qadını bıçaqlayaraq öldürən qonşusunun kimliyi məlum olub.
Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova öldürülüb. Zərərçəkmişin qonşusu 1980-ci il təvəllüdlü Məhəbbət Əhmədovanın yaşadıqları binanın qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Sücayət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəbbət Əhmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir.

Xəbər 2778 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +