200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


25.08.2021  11:07 

Lənkəranda “patı” satan 11 nəfər saxlanıldı





A+  A-

Lənkəranda növbəti “patı” əməliyyatında biri qadın olmaqla on bir nəfər saxlanılıb, onlardan birinin oğurluq əməlinin üstü açılıb.
DİN mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 11 nəfər rayon sakini – S.Hüseynov, E.Nəcəfov, F.Ələskərov, N.Əliyeva, O.Məmmədov, M. Beyçayev, X.Nəzərov, B.Fərziyev, R.Nəzərov və Ş.Axundov, T.Şıxcanov saxlanılıblar.

Keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə heroin, metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərdən biri T.Şıxcanovun şəhər ərazisindəki evlərdən birindən 7900 ABŞ dolları və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.

Həmin şəxs oğurladığı pul müqabilində aldığı avtomobildə saxlanılıb, pulun qalan hissəsi və qızıl-zinət əşyaları isə həmin avtomobildən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər 2201 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +