200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


04.08.2021  18:04 

Bakıda saxlanılan şəxs polis şöbəsindən qaçdı





A+  A-

Bakıda narkotiklə tutulan şəxs polis şöbəsindən qaçıb.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, avqustun 2-də narkotik vasitələrin daşınmasında şübhəli bilinərək saxlanılan şəxs Nizami Rayon Polis İdarəsinə gətirilib. Həmin şəxs İdarənin müvəqqəti saxlanılma yerinə yerləşdirilib.

Saxlanılan şəxs həmin gün müvəqqəti saxlanılma yerinin pəncərəsini və dəmir barmaqlıqlarını yerindən çıxararaq pəncərədən çıxıb, idarənin həyətinə düşüb, daha sonra hasardan keçərək qaçıb. Hadisə ilə bağlı əməliyyat keçirilib və avqustun 3-də qaçan şəxs polis əməkdaşları tərəfindən tutulub.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq. Onun sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs qaçmağa cəhd edən zaman tutulub: “Onun hansı şəraitdə, necə qaçmağa cəhd göstərməsi ilə bağlı müvafiq araşdırma aparılır”.

Qeyd edək ki, Nizami Rayon Polis İdarəsinin rəisi Ziya Əliyev iki həftə əvvəl bu vəzifəyə təyin olunub.

Xəbər 2336 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +