200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


18.06.2019  13:07 

4 gün gizlənən “Hozu” həbs edildi





A+  A-

Bakıda bir neçə gün öncə yeznəsini güllələyən şəxs tutulub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, qətl törədərən hadisə yerindən qaçan və 4 gün gizlənən “Hozu” ləqəbli Rauf Şirinov iyunun 17-də saxlanılaraq istintaqa təhvil verilib. O, saxlanılarkən hadisə zamanı istifadə etdiyi “Vinçester” markalı silah da üzərində olub və ondan götürülüb.

Hadisə iyunun 13-ü gecə saat 01 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

B.Bünyatov küçəsində magistral yolda 1974-cü il təvəllüdlü Rauf Şirinov odlu silahdan atəş açaraq yeznəsi, 1972-ci il təvəllüdlü Naxçıvan sakini Ramiz Məmmədovu sinəsindən güllələyib. R.Məmmədov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Mərhum R.Məmmədovun 113 və 84 saylı xətt marşrutlarının sahibi olduğu deyilir.

Xəbər 1160 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +