200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


19.05.2019  16:38 

Şəki sakini çantasında 20 kiloya yaxın narkotiklə saxlanılıb





A+  A-

Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları mayın 17-də daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Əvvəllər məhkum olunmuş 51 yaşlı Şəki şəhər sakini Zakir Baxışov qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun əlindəki çantaya baxış keçirilən zaman oradan ümumi çəkisi 19 kiloqram 140 qram narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı Z. Baxışov həmin narkotik vasitəni Qax rayonu Qaşqaçay kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyini və satmaq məqsədilə Balakən rayonuna gətirdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.



Xəbər 1324 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +