“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


10.02.2025  13:00 

Rusiya şovinizminin hədəfinə tuş gələn Azərbaycanlılar - Video





A+  A-

Azərbaycanlıların Rusiyaya soyuq münasibətinin boş yerə olmadığını Moskva özü də sübut etdi. Təyyarə ilə bağlı hesabatın mürəkkəbi qurumamışdı ki, Rusiyadan gözlənilən oldu. Biz onsuz da Moskvadan müsbət addım gözləmirdik. Bakıya olan qəzəbini azərbaycanlılardan çıxmaq istəyəcəyini təxmin etmişdik.

Məlumdur ki, bu gün yüz minlərlə miqrant dolanışığını Rusiyadan təmin edir. Onların arasında azərbaycanlılar da çoxdur. Rusiya da illər boyu başqa ölkələrə təzyiq üsulu kimi məhz miqrantları seçir. Gah qanunu sərtləşdirir, gah evlərinə basqın edir, gah bazarları bağlamaqla hədələyir. İndi isə daha irəli gediblər. Artıq hədəfdə yalnız miqrant olan azərbaycanlılar deyil.

Rusiya vətəndaşı olan azərbaycanlılar da bu gün Rusiya şovinizminin hədəfinə tuş gəlib. Rusiya Dumasında azərbaycanlıları ölkədən qovmaq çağırışları edilir. Özü də bu çağırışlar hakim “Vahid Rusiya” partiyası tərəfindən səsləndirilir. Rus deputatlar Rusiya vətəndaşı olan azərbaycanlıları isə cəbhəyə göndərmək həvəsinə düşüblər. Bu da son deyil. Azərbaycanlılara məxsus iki şirkətin bağlanması da təklif edilir.

Soruşan da yoxdur ki, Rusiya öz vətəndaşı olan azərbaycanlılara məxsus qanuni obyektləri necə bağlaya bilər? Rusiyada belə dərəbəylikdir ki? Rusiya dünyanın çoxmillətli ölkələrindən biridir. Burada yüzdən çox millətin nümayəndəsi yaşayır. Moskva qorxmur ki, azərbaycanlılara qarşı başlatığı kampaniya öz başında çatlaya bilər? Rusiyadakı azərbaycanlılar baş verənlərdən narahatdırmı? Onları nə gözləyir?

XəzərNews.az mövzu ilə bağlı İTV-nin hazırladığı sujeti təqdim edir:



Xəbər 1393 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +