Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev
İkimərtəbəli otel binasında yanğın olub
Təzəxən Mirələmli də saxlanılıb


03.02.2020  11:46 

Ukrayna Türkiyədən 50 milyonluq hərbi yardım alacaq





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 3-də Kiyevə səfəri zamanı Ukraynanın Ankaradan öz ordusunun ehtiyacları üçün 50 milyon ABŞ dolları məbləğində maddi yardım alacağı barədə müqavilə imzalanacaq.
XəzərNews.az-ın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Türkiyədəki səfiri Andrey Sibiqa bildirib.
Onun sözlərinə görə, hərbi yardım xüsusən də yeni silahların alınmasına gedəcək.

“Əvvəlki illərdə biz də müvafiq məbləğdə belə razılaşmalar həyata keçirmişik”, - deyə Sibiqa vurğulayıb.

Bundan əlavə, Ərdoğanın səfəri çərçivəsində miqrasiya sahəsində əməkdaşlığa dair sazişlər və təcili yardım xidmətləri arasında qarşılıqlı fəaliyyət haqqında sənəd imzalanacaq.

“Ayrıca, sürücülük vəsiqəsinin qarşılıqlı tanınması haqqında sazişin imzalanacağını gözləyirik. Bu, hər iki ölkə vətəndaşlarının hüquqlarının müdafiəsini gücləndirməyə yönəlmiş əməli addım olacaq”, -deyə səfir əlavə edib.

Xəbər 3064 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +