Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev
İkimərtəbəli otel binasında yanğın olub
Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?


29.11.2025  10:17 

Kiyev bütün gecə atəş altında olub





A+  A-

Noyabrın 29-na keçən gecə Rusiya ordusunun Kiyevi atəşə tutması nəticəsində bir nəfər həlak olub.

XəzərNews.az xəbər verir ki, bu barədə şəhərin hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Tkaçenko bildirib ki, qurbanın cəsədi Svyatoşinski rayonunda dağıntılar altından çıxarılıb. Bir uşaq da daxil olmaqla ondan çox insan yaralanıb.

Obolonsky rayonunda dronlar şəxsi evləri vurub.

Səhər saatlarında şəhərə hücum davam edib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri paytaxt istiqamətində raketlər atdığını bildirib.

Şəhər meri Vitali Kliçko bildirib ki, Holosiivski, Solomianskii və Darnitski rayonlarında yanğınlar qeyri-yaşayış binalarına və açıq ərazilərə dağıntıların düşməsi nəticəsində baş verib. Darnitski rayonunda raket qalıqları doqquz mərtəbəli binanın həyətinə düşüb. Onun verdiyi məlumata görə , 9-cu mərtəbədə yanğın baş verib.

Mer bildirib ki, bu səhər Kiyevin qərb hissəsi mərmilərə görə elektriksiz qalıb.

Paytaxtda hava hücumu xəbərdarlığı davam edir, hava hücumundan müdafiə sistemləri işləyir və partlayış səsləri eşidilir.

Xəbər 1231 dəfə oxunub.




05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu


BÜTÜN XƏBƏRLƏR +