Hikmət Hacıyev: MDB iclasına qatılmamağımız Rusiya ilə bağlı deyil
Tanınmış müğənni xəstəxanaya yerləşdirilib-FOTO
Hikmət Hacıyev Əbu-Dabi görüşündən DANIŞDI
Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident


20.05.2025  14:52 

TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək





A+  A-

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov bu gün stomatoloqları qəbul edəcək.

XəzərNews.az xəbər verir ki, bu barədə Bakupost.az -a narazı stomatoloqlardan biri bildirib.

O qeyd edib ki, görüş zamanı TƏBİB rəhbəri onları dinləyəcək və üzləşdiyi problemlərlə maraqlanacaq.

Qeyd edək ki, dünən stomatologiya sahəsində ixtisaslaşan bir qrup həkim bəyanat yayaraq, stomatoloji müəssisələrə tətbiq edilən yeni 1200 və 1800 manatlıq “plan” tələbinə etiraz ediblər. Onların tələbləri aşağıdakılardan ibarət idi:

1.TƏBİB-in tətbiq etdiyi 1200 və 1800 manatlıq plan tələbləri dərhal ləğv olunsun;
2.Stomatoloji fəaliyyət yalnız müvafiq diplom və icazəsi olan şəxslər tərəfindən həyata keçirilməli, digərlərinə qarşı hüquqi tədbirlər görülməlidir;
3. Təhsilli və peşəkar həkimlərin işdən uzaqlaşdırılması və ya təzyiqə məruz qalması dayandırılsın;
4. Həkimlərin əməyinə, peşəkarlığına və insan sağlamlığına verdiyi töhfəyə hörmətlə yanaşılsın.


Xəbər 2304 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.07.2025  13:15 

Sabahın havası açıqlandı

19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +