Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev
Yalandır, hazırda Bakıdayam - Əli Həsənov
42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır
SEPAH komandirinə sui-qəsd edildi
Lukaşenko: Ukraynaya nəzarət bərpa olunmayacaq
Bir erməninin belə Qarabağa təhlükəsiz qayıtması... - Simonyan
Sərhədin demarkasiyası baş tutmayınca - Hayk Qalumyan
Bu səs-küy onun Mehdiyevin gəlini olmasına görədir – Sərdar Cəlaloğlu
Bu avtobusların hərəkət sxemi dəyişdirilir?


06.12.2021  16:23 

“Qanlıgöl”də videoya çəkib şantaj etdilər - VİDEO





A+  A-

Sosial şəbəkələrdə tanış olduqları şəxsləri Yasamal rayonunda yerləşən “Qanlıgöl” adlanan əraziyə çağırıb onlara qarşı quldurluq edən və zərərçəkənlərin şəxsiyyətlərini alçaldan videolar çəkərək hədələyən dəstə üzvləri həbs ediliblər.

XəzərNews.az DİN Mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 26-da Bakıda ali təhsil alan xarici ölkələrdən birinin vətəndaşı polisə müraciət edərək bildirib ki, sosial şəbəkələrdə tanış olduğu bir nəfər onu Yasamal rayonunda yerləşən “Qanlıgöl” adlanan əraziyə çağırıb.

Orada olan yarımtikilidə tanımadığı 4 nəfər ona qarşı fiziki zor tətbiq etməklə 1 ədəd dəyəri 1500 manat olan mobil telefonunu və 100 manat pulunu ələ keçiriblər. Həmin şəxslər daha sonra zərərçəkənin şəxsiyyətini alçaldan hərəkətlər edərək onu mobil telefon vasitəsi ilə lentə alıb polisə bu barədə şikayət edəcəyi təqdirdə həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.

Hadisəni törətməkdə şübhəli bilinən dəstənin rəhbəri Sadiq Ovçiyev, Ağababa Musayev, Elnur Vəliyev, Nihat Rəhimli, Sübhan Xanlarov və Aqşin Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər eyni üsulla, yəni sosial şəbəkələrdə tanış olub görüşmək adı altında müxtəlif vaxtlarda daha 12 nəfəri “Qanlıgöl” adlanan əraziyə çağırıb onlara qarşı da quldurluq ediblər. Dəstə üzvləri həmin zərərçəkənlərin də şəxsiyyətlərini alçaldan hərəkətlər edərək mobil telefon vasitəsi ilə çəkiblər. Onların mobil telefonlarına baxış zamanı müxtəlif şəxslərə qarşı etdikləri hərəkətlər və hədə-qorxu videoları aşkar edilərək götürülüb.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Xəbər 3574 dəfə oxunub.



31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili

30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...


BÜTÜN XƏBƏRLƏR +