Şimal nağıllarında təsvir edilən cənnət - Kanada
Rusiya kəşfiyyatına bağlıdırlar, növbə onlara çatıb - Siyasi şərhçi
Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxılıb
Ermənistanda İranın güc amili
Ramiz Mehdiyevin gəlini vəzifəsindən azad edilib
Oryol vilayətində dronlar İES-i vurdu
Narkotikin təsiri altında maşın sürən qazi saxlanıldı
Deputat suya da limitin tədbiqini təklif edir
9 nəfəri aldadaraq 58500 manat ələ keçirdi
Fariz Babayev vəzifədən uzaqlaşdırıldı -FOTO


07.10.2025  13:01 

SOCAR Gürcüstanda qazandığından Azərbaycan büdcəsinə nə qədər ödəyir?





A+  A-

“Bu ilin yanvar-iyul aylarında Azərbaycan 5 milyard 269,1 milyon ABŞ dolları dəyərində 14 milyard 409,69 milyon kubmetrdən çox qaz ixrac edib”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı Natiq Cəfərli çıxış edib.

N.Cəfərli qaz alan əsas ölkələr üzrə həcm və qiymətlərə də toxunub:

“Türkiyə Azərbaycandan 1 milyard 594,6 milyon ABŞ dolları dəyərində 5 milyard 791,6 milyon kubmetrdən çox qaz alıb. Hər 1000 m3 qazı, ortalama, 274 dollara alıb.

İtaliya ölkəmizdən yanvar-iyul aylarında 2 milyard 743,65 milyon ABŞ dolları dəyərində, 5 milyard 433,78 milyon kubmetrdən çox qaz tədarük edib. Hər 1000 m3 qazı 505 dollara alıb.

Gürcüstan eyni dövrdə Azərbaycandan 159,56 milyon ABŞ dolları dəyərində, 1 milyard 434,4 milyon kubmetrdən çox qaz tədarük edilib. Hər 1000 m3 qazı 111 dollara alıblar.

Yəni, qazı ən baha İtaliyaya (505 dollar), ən ucuz isə Gürcüstana (111 dollar) satırıq. Sadəcə, Gürcüstanda qazpaylayıcı qurum SOCAR-ın törəmə şirkəti olduğuna görə, SOCAR qazı topdan ucuz alıb, əhali və biznesə pərəkəndə baha satıb, daha çox o fəaliyyətdən qazanır”.

N.Cəfərli qeyd edib ki, SOCAR-ın Gürcüstan törəməsi (ümumi adı “SOCAR Gas Group”-dur, amma, ООО “SOCAR Georgia Gas”, АО “SOCAR Georgia Gas Distribution” və АО “Sakorggaz” adlı şirkətlər də var) bu ölkənin büdcəsinə nə qədər vergi ödədiyini vaxtlı-vaxtında açıqlayır. Maraqlıdır, SOCAR Gürcüstanda qazandığı vəsaitin nə qədər olduğunu, həmin qazancdan Azərbaycan büdcəsinə nə qədər köçürdüyünü nə vaxtsa elan edibmi, və ya, edəcəkmi?!

İqtisadçı əlavə edib ki, Azərbaycanda 1200 kubmetrdən 2 500 kubmetrədək olan hissə 22 qəpik, 2 500 kubmetrdən çox olan hissə 30 qəpikdir:

“Yəni, ölkədə limiti keçən vətəndaş hər 1000 m3 üçün 176 dollar ödəyir, yəni, Gürcüstanın topdan aldığı qiymətdən 65 dollar daha baha...”


Xəbər 3861 dəfə oxunub.




31.10.2025  11:42 

Ermənistanda İranın güc amili

30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...

30.10.2025  17:49 

Baş nazir qərar imzaladı

30.10.2025  13:20 

“Saray Plaza”da ölüm


BÜTÜN XƏBƏRLƏR +