Şimal nağıllarında təsvir edilən cənnət - Kanada
Rusiya kəşfiyyatına bağlıdırlar, növbə onlara çatıb - Siyasi şərhçi
Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxılıb
Ermənistanda İranın güc amili
Ramiz Mehdiyevin gəlini vəzifəsindən azad edilib
Oryol vilayətində dronlar İES-i vurdu
Narkotikin təsiri altında maşın sürən qazi saxlanıldı
Deputat suya da limitin tədbiqini təklif edir
9 nəfəri aldadaraq 58500 manat ələ keçirdi
Fariz Babayev vəzifədən uzaqlaşdırıldı -FOTO


19.09.2025  11:07 

Bu proses hansı məhsulların qiymətini artıra bilər?





A+  A-

Xəbər verdiyimiz kimi, qızılın qiyməti rekord səviyyəyə çatıb. Belə ki, qiymətli metalın dəyəri bir unsiya üçün 3 744 dollar həddini keçib. Bildirilir ki, səbəb ABŞ mərkəzi bankı olan Federal Ehtiyat Sisteminin (FED) 2024-cü ilin dekabrından bəri ilk dəfə olaraq faiz dərəcəsini 4-4,25 faizə endirməsi qərarı ilə bağlı olub.

Bahalaşma Azərbaycanda qızıl bazarına necə təsir edəcək? Bu proses hansı məhsulların qiymətini artıra bilər?

XəzərNews.az xəbər verir ki, bu barədə globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, FED faizləri azaltdıqda dollar zəifləyir, investorlar isə riskdən qaçaraq daha çox qızıla yönəlir:

“Bu səbəbdən qızılın qiyməti kəskin yüksəlir. Hazırkı göstərici qlobal miqyasda tarixi rekorddur. Azərbaycanda qızılın qiyməti əsasən, dünya bazarındakı kotirovkalar, məzənnə ilə müəyyənləşir. Dollar bahalaşmasa da, qızılın qlobal dəyəri artdığı üçün yerli bazarda qızıl məmulatlarının qiyməti də qalxacaq. Bu, xüsusilə zərgərlik sektorunda, qızıl sikkələrdə və külçələrdə özünü göstərəcək”.

İqtisadçı qeyd edib ki, qızılın qiymət artımı təkcə zinət əşyalarına təsir etmir:

“Həm də elektronika və texnologiya məhsulları bahalaşacaq. Çünki qızıl yüksək keçiriciliyi səbəbindən çiplərdə, smartfonlarda və kompüter avadanlıqlarında istifadə olunur. Tibbi cihazlarda, xüsusi avadanlıqlarda qızıl işləndiyi üçün bahalaşma sənaye məhsullarına da təsir edə bilər. Bununla yanaşı zərgərlik bazarında da qiymət artımı müşahidə olunacaq. Toy mövsümündə gəlinlər üçün alınan qızıl-zinət əşyaları daha da baha qiymətə təklif olunacaq. Bahalaşma davamlı olsa, Azərbaycanda qızıl alışı azalacaq. Hətta insanlar köhnə zinət əşyalarını dəyərli qiymətə satmaq istəyəcək. Ümumilikdə, qızılın rekord həddə bahalaşması həm zinət əşyalarının, həm də qızıldan istifadə olunan texnologiyaların qiymətini artıracaq. Bank, zərgərlik sektorunda canlanma olsa da, istehlakçılar üçün bu, daha çox əlçatmazlıq və bahalaşma deməkdir”.


Xəbər 3081 dəfə oxunub.




31.10.2025  11:42 

Ermənistanda İranın güc amili

30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...

30.10.2025  17:49 

Baş nazir qərar imzaladı

30.10.2025  13:20 

“Saray Plaza”da ölüm


BÜTÜN XƏBƏRLƏR +