Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


09.10.2025  11:46 

Yaşlı qadınlar ərazidə, gənc xanımlar ofislərdə... - “Azəriqaz”a ittiham





A+  A-

“Azəriqaz” İB yaşlı qadın işçiləri əraziyə göndərib, gənc xanımları ofislərdə saxlayır.

XəzərNews.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, bu problemlə çilingər işləyən Seva Nuriyeva üzləşib:

“İllərdir Xəzər rayonu üzrə çilingər vəzifəsində çalışıram. Böyük rayon olduğumuza görə bizi böldülər – Xəzər 1 və Xəzər 2. Mən xəzər 1-də qaldım.

Vəzifəmiz çilingər olmağına baxmayaq şöbə rəisimiz bizi idarədə otuzdururdu. İndi deyir, əmr var, hamı əraziyə çıxsın. Lakin bu əmr bizim idarədə yalnız orta nəsil və yaşlı nəslin xanımları üçündür. Cavanlar oturur, yaşlı nəsili atırlar əraziyə.

Hətta əmrlə usta, mühəndis xanımlar da ərazidə olmalıdı. Lakin cavan xanımlar oturub, orta yaşlı xanım mühəndisləri atıblar küçələrə.

Bizdə 104 telefonçular ştatını ləğv ediblər. Xanımları çilingər ediblər, hətta onlar belə əraziyə çıxmır ki, bizi rəislərimiz qoymur.

Əmr bəyəm hamı üçün deyil? Niyə hər kəs çıxmır? Kiminsə arxasında adamı var deyə at oynatmalıdı?”.

Xəbər 3568 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +