Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


02.10.2025  14:32 

Sakinlərdən ŞİKAYƏT: “Xətai rayonunda səkini parkinqə çevirirlər“ -FOTO





A+  A-

Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində səkinin dağıdılmasından sakinlər şikayətçi olublar.

XəzərNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Qeyd olunub ki, N.Rəfiyev, 29 ünvanında yeni tikilmiş binanın həyətində açılan obyekt sahibi səkini qanunsuz olaraq parkinqə çevirmək istəyir.

"Maşınlar insanların hərəkətinə mane olur, xüsusilə böyüklərə və uşaq arabası ilə gedənlərə çətinlik yaradır. Biz icra hakimiyyətinə şikayət yazmışıq, "102" və "902"yə zəng etmişik, amma heç bir nəticə yoxdur. Onlar səki yerinə yol salmaq istəyirlər", - deyə şikayətdə bildirilib.

Məsələ ilə bağlı Xətai Rayonu İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq məsələ həllini tapıb.

"Ötən gün sözügedən ünvanda belə bir cəhd olub. Daxil olan məlumat əsasında icra hakimiyyəti tərəfindən məsələyə müdaxilə olunub və bu cəhdin qarşısı alınıb. Ərazi əvvəlki formasına qaytarılıb", - deyə məlumatda vurğulanıb.







Xəbər 3583 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +