Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


05.07.2019  15:12 

BNA-ya yeni səlahiyyət verilib





A+  A-

Nazirlər Kabineti “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nda dəyişiklik edib.
XəzərNews.az-ın məlumatına görə, müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kəndlərin) ərazilərinin və ya onların ərazi hissələrinin, o cümlədən yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşən ərazilərinin (yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan) müfəssəl planlarının hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydalarını, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısını müəyyən edir.

Müfəssəl plan yaşayış məntəqəsinin qüvvədə olan Baş planı əsasında hazırlanır. Baş plan olmadığı halda və ya Baş planın hesabat müddəti bitdikdə, kəndlərin, qəsəbələrin və perspektivdə hesabi əhalisi 50 minədək olan şəhərlərin bütün ərazisi üçün müfəssəl planın hazırlanmasına yol verilir. Müfəssəl plan planlaşdırılan struktur elementlərinin yerləşdirilməsini, onların inkişaf parametrlərini müəyyən edən ərazi planlaşdırılması sənədidir. Müfəssəl plan yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin sifarişi ilə hazırlanır. Ərazi üçün yalnız bir müfəssəl plan olmalıdır. Müfəssəl plan torpaq sahələrinin məqsədli istifadəsi, həmçinin torpaq servitutlarının tətbiq edilməsi barədə qərarların qəbul edilməsi üçün əsasdır.

İndiyə qədər müfəssəl planlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və layihə tapşırığında qeyd olunan orqan və qurumlarla razılaşırılmalı idi. Dəyişikliyə əsasən, bundan sonra müfəssəl planlar həm də Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmalıdır.

Xəbər 1574 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +