Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB





A+  A-

"Azneft” İstehsalat Birliyinin “Neft Daşları”- Çilov - Şah saçı - Dübəndi neft xəttində sızma müşahidə edilib.



XəzərNews.az xəbər verir ki, bu barədə SOCAR-dan “Report”a məlumat verilib.

“Qeyd olunan neft xətti “Neft Daşları”ndan neft və kondensatın Dübəndi istiqamətində nəqlini həyata keçirir. Küləkli hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, yaranmış vəziyyətin aradan qaldırılması üçün müvafiq addımlar atılır”, - SOCAR-ın cavabında vurğulanıb.

Bildirilir ki, təmir-bərpa işlərini həyata keçirəcək heyətin təhlükəsizliyini təmin etmək üçün hava şəraitinin sabitləşməsi gözlənilir. “Əməliyyatın təhlükəsiz icrası üçün uyğun şərait yarandıqdan sonra təmir-bərpa işləri tamamlanacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) ərazisindən və “Günəşli” yatağından nefti sahilə nəql edən xətdə sızma olması ilə bağlı məlumat yayılıb.

Xəbər 2913 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +