Bakıda şirkət rəhbəri həbs edildi
Trump siyasəti sülh gətirir, yoxsa Rusiyaya fürsət verir?
Qadın sürücülərdən 111-i taksi sürür
Paltarlı halda dənizə girdi və üzməyə başladı
Zərdabda tiktoker həbs olundu
Qısamüddətli yağış yağacaq
Suraxanıda yaşayış binasında yanğın olub
Mehdiyev ailəsinin “baş kassiri” kimdir?
Ruslar Xarkovda uşaq bağçasını vurdu
Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək


26.08.2023  14:42 

Polis vətəndaşdan rüşvət alıb? - Açıqlama





A+  A-

Sosial şəbəkələrdə Ağdamda məskunlaşan vətəndaş Xaliq Mamedovun videomüraciəti yayılıb.

XəzərNews.az xəbər verir ki, vətəndaş Kəlbəcərə arı aparmaq istəyən zaman ondan rüşvət tələb olunduğunu iddia edib. X.Mamedovun sözlərinə görə, Göygöl RPŞ-nin Sarısu Polis Bölməsində ona qarşı qanun pozuntusu olub və Göygöl Rayon Prokurorluğu şikayətini obyektiv araşdırmayıb.

Məsələyə Daxili İşlər Nazirliyi reaksiya verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, iyunun 29-da Ağdamda məskunlaşan Xaliq Mamedovun qohumu Kamil Mamedov Göygöl rayonunun Toğanalı kəndində Kəlbəcər rayonuna getmək üçün başqa şəxsin şəxsiyyət vəsiqəsini təqdim edərək stasionar postdan qeyri-qanuni keçməyə cəhd edib:

“X.Mamedov bəzi internet televiziya kanallarına videomüraciətlər göndərərək öz qanunsuz əməllərinin mahiyyətini başqa formada təqdim edib, qanunsuz əməllərinin qarşısını alan polis əməkdaşları haqqında həqiqətə uyğun olmayan iddialar səsləndirib. Həmin iddialar yalandır, həqiqəti əks etdirmir. X.Mamedova da yaxşı məlumdur ki, hansısa təsərrüfatın stasionar postdan keçirilməsi üçün qeydiyyat polisin səlahiyyətinə aid olan məsələ deyil, polis əməkdaşları tərəfindən yalnız nəzarət-profilaktik tədbirlər icra edilir.

Belə ki, X.Mamedov özünə məxsus arı təsərrüfatını yaxın qohumu K.Mamedovun vasitəsilə Kəlbəcər rayonuna göndərmək istəyib və K.Mamedov Göygöl rayonu Toğanalı kəndində yerləşən stasionar posta yaxınlaşaraq Kəlbəcər rayonuna getmək üçün başqa şəxsin şəxsiyyət vəsiqəsini təqdim etməklə polis əməkdaşlarının diqqətini yayındırmağa cəhd edib. Lakin onun bu əməlinin qarşısı alınaraq və əsaslı olaraq Göygöl RPŞ-nin Sarısu Polis Bölməsinə gətirilib”.

Eşqin Qasımovun sözlərinə görə, araşdırmalarla müəyyən edilib ki, K.Mamedov Kəlbəcər rayonuna getmək üçün müvafiq portal icazəsi olmadığından əmisinə məxsus şəxsiyyət vəsiqəsini təqdim edib, stasionar postda xidmət aparan polis əməkdaşlarının diqqətini yayındırmağa çalışıb:

“Qeyd olunan hərəkətlərindən nəticə çıxarmayan X.Mamedov qanunsuz yolla arı təsərrüfatını köçürə bilmədiyindən tanışı Ramin adlı şəxslə əlaqə saxlayıb və ondan kömək istəyib. Həmin şəxs də X.Mamedova köməklik edəcəyini bildirib və ondan 2000 manat pul alıb. Lakin sözügedən şəxsin polis əməkdaşları ilə hər hansı bir əlaqəsi yoxdur.

Hazırda Göygöl Rayon Polis Şöbəsində Ramin Tağıyev barəsində araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.



Xəbər 3105 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.10.2025  16:10 

Zərdabda tiktoker həbs olundu

22.10.2025  15:17 

Qısamüddətli yağış yağacaq

22.10.2025  10:35 

Dağıstana PUA hücumu

22.10.2025  10:33 

Baş nazir qərar imzaladı

22.10.2025  10:20 

Metroda problem yaranıb

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +