Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


15.12.2017  09:58 

Körpünün bütün xərclərini Azərbaycan tərəfi ödəyəcək





A+  A-

Azərbaycan – Rusiya dövlət sərhədi ərazisindəki Samur çayı üzərindəki avtomobil körpüsünün tikintisinin bütün xərclərini Azərbaycan tərəfi ödəyəcək.
XəzərNews.az-ın məlumatına görə, bu barədə "2013-cü il 13 avqust tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası), "Yaraq-Qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında" Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsində qeyd edilib.

Belə ki, avtomobil körpüsünün tikintisi üzrə bütün xərcləri, sonradan xərclərin 50 faizi Rusiya tərəfindən qaytarılmaqla Azərbaycan tərəfi ödəyir. Avtomobil körpüsünün tikintisini Azərbaycan tərəfi, tikintiyə nəzarəti Rusiya tərəfi həyata keçirir. Avtomobil körpüsünün giriş yollarının tikintisi hər bir tərəf öz dövlətinin ərazisində müstəqil olaraq həyata keçirir. Tikintiy işləri üzrə xərclər Azərbaycan manatı ilə, tikintiyə nəzarətin aparılması işləri üzrə isə xərclər rus rublu ilə ödənilir.

Qanun layihəsi Milli Məclisin bu gün keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Xəbər 2198 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +