Zaxarova: “Moskva Bakıdan cavab gözləyir”
Ana 1 yaşlı övladını yerə çırparaq öldürüb
Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Bakıda iki yeniyetmə küçədə gecələyirmiş
“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda
Sabahın havası: Yağış, külək


26.05.2023  15:29 

Əliyevdən mənə mesaj gəlməyib - Sinan Oğan





A+  A-

Türkiyədə prezident seçkilərinin birinci turunda “ATA İttifaqı”ndan namizəd olmuş Sinan Oğan seçkilərdə Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin guya ona zəng etməsi barədə iddialara münasibət bildirib.

O, bu barədə ötən gün “TRT”yə müsahibəsində danışıb.

“İlham Əliyev mənə zəng etməyib. Əliyevdən mənə mesaj gəlməyib. Əliyevin belə bir şey edəcəyini də heç vaxt düşünməmişəm. Bu, bizim turançı ruhumuzun təbii ənənəsidir.

Qəlbən bağlılıq başqa bir şeydir. Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin daxili işlərinə qarışa bilməz”, - deyə Sinan Oğan bildirib.

O, həmçinin neft quyularına sahib olması barədə yayılan iddiaları da təkzib edib:

“Deyirlər ki, mənim neft quyularım var. Seçki avtobusumuzun yanacağı bitdi, yanacaqdoldurma məntəqəsinin sahibi dedi ki, mən ödənişsiz verirəm. İcarəyə götürdüyümüz avtobusumuzla belə səyahət edə bilmirdik. Bu iddialardan əl çəkin. Məhkəməm varsa sənədləri qabağıma gətir”./Yeniavaz.com

Xəbər 2979 dəfə oxunub.




12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +