Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək
Pirəkəşküldə partlayış olacaq - Rəsmi
Sektor silkələnir, İKTA susur - Ekspert
Fondun xərclərinin artması nə ilə bağlıdır?
DİM imtahan iştirakçılarına müraciət edib


16.03.2021  11:54 

“7230 şəhid ailəsi üzvünə sosial ödənişlər təyin olunub” - Nazir





A+  A-

Postmüharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində artıq 2850 şəhidin 7230 ailə üzvünə 12846 istiqamət (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) üzrə sosial ödəniş təyinatı aparılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazirin sözlərinə görə, təyinatlar şəhid ailələri üzvlərinin müraciətinə, zəruri sənədləri təqdim etmələrinə ehtiyac olmadan aparılır. Yəni bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanılmaqla elektron sistem üzərindən proaktiv qaydada sosial ödənişlər təyin olunur.

“Artıq bu proses yekunlaşmaq üzrədir. 83 mülki şəhidin 206 ailə üzvünə də 400 sosial ödəniş təyin edilib”,- deyə nazir vurğulayıb.

O bildirib ki, Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiya hərbi qulluqçuları birgə əyani müayinədən keçirir. Onların sənədlərini sürətlə rəsmiləşdirir, e-sistemə daxil edir, ümumilikdə, əyani müayinə əsasında əlilliklərini qiymətləndirir:

“Artıq 200-ə yaxın qazimizə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Bu təyinatla əlaqədar onlara birdəfəlik sığorta ödənişi edilir, Prezidentin aylıq təqaüdləri, əlilliyə görə aylıq pensiya və ya müavinətlər də proaktiv qaydada, yəni elektron sistem üzərindən təyin olunur”.

Sahil Babayev deyib ki, təyin olunmuş sosial ödənişlər barədə şəhid ailələrinə, qazilərimizə məlumatlar verilir. Bir çox hallarda isə təqaüd kartları onlarla görüşlər zamanı elə evlərində təqdim olunur.

Xəbər 1578 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +