Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


12.05.2017  09:36 

Azərbaycanlı oliqarxın sərvəti keçmiş arvadına verildi





A+  A-

Britaniya məhkəməsinin qərarına əsasən, azərbaycanlı oliqarx keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq (təxminən 600 milyon ABŞ dolları) həcmində təzminat ödəməlidir.
Yerli nəşrlərin yazdığına görə, bu boşanma prosesi Birləşmiş Krallıq tarixinin ən bahalı boşanmalarından biri olacaq.

Ər təkidlə bildirirdi ki, ailənin rifahında məxsusi payı olub, lakin məhkəmə həyat yoldaşlarının paylarının bərabər olduğu qərarına gəlib. Nəticədə, təzminatın məbləği ailə aktivlərinin 41,5%-i həcmində dəyərləndirilib.

Hakim həmçinin boşananların adlarının açıqlanmaması barədə qərar verib. BBC yalnız onu bildirir ki, söhbət Qafqaz əsilli 61 yaşlı keçmiş treyderdən və onun 41 yaşlı, Şərqi Avropa doğumlu arvadından gedir. Cütlük Moskvada evlənib və Britaniyanın Surrey qraflığına köçüb. Bundan əlavə, məlumdur ki, təxminən 5 il əvvəl boşanan kişi Rusiya şirkətindəki payını 1,3 milyard dollara satıb.

RBK yazır ki, bu təsvirə “Nortqaz” şirkətinin 61 yaşlı keçmiş sahibi, “Forbes” jurnalının Rusiya reytinqində 67-ci olan Fərhad Əhmədov uyğun gəlir. Jurnal onun varidatını 1,3 milyard dollar həcmində qiymətləndirir. Bakıda anadan olmuş Əhmədov 1986-cı ildə Böyük Britaniyaya köçüb və London xəz birjasında treyder olub.

1987-ci ildə SSRİ-nin qaz müəssisələırinə avadanlıq satan “Tansley Trading” şirkətini təsis edib. 2012-ci ilin sonlarında Əhmədov “Nortqaz” şirkətindəki payını 1,38 milyard dollara “NOVATEK”ə satıb.

(virtualaz.org)

Xəbər 1416 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +