Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


06.05.2025  11:11 

ABŞ və Avropa təlaşda: Yaxın 5-10 ildə III Dünya Müharibəsi istisna olunmur





A+  A-

Bir çox amerikalı və avropalı üçüncü dünya müharibəsinin on il ərzində başlaya biləcəyinə inanır. Onlar Rusiyanı və ya terrorçuları əsas təhlükə hesab edirlər.

XəzərNews.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

İkinci Dünya Müharibəsinin bitməsindən 80 il sonra ABŞ və Qərbi Avropada insanlar qlobal hərbi münaqişənin yaxın illərdə təkrarlana biləcəyinə getdikcə daha çox əmin olurlar.

Respondentlərin əksəriyyəti mümkün Üçüncü Dünya Müharibəsinin əsas səbəbi kimi Rusiyanı göstərir.

Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniya sakinlərinin 41%-dən 55%-ə qədəri yaxın 5-10 il ərzində yeni dünya müharibəsinin başlaya biləcəyinə inanır. Amerikalıların 45%-i oxşar fikirdədir.

Eyni zamanda, əksər avropalılar ordularının onları qorumağa qadir olduğuna inanmır, amerikalıların 71%-i isə öz silahlı qüvvələrinə güvənir.

Rusiya əsas təhlükə mənbəyi kimi (Avropada respondentlərin 72%-dən 82%-ə qədər), İslam terrorizmi isə ikinci yerdədir.

Qeyd olunur ki, avropalıların əhəmiyyətli bir hissəsi də ABŞ-ı potensial təhlükə hesab edir. Almaniya, Fransa və İspaniyada respondentlərin əksəriyyəti ABŞ ilə gərginliyi qitədə sülh üçün ciddi risk hesab edir.



Xəbər 1721 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +