200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


28.11.2022  18:43 

Bakı İrəvanın hansı sülh müqaviləsi layihəsin cavab verib?





A+  A-

Bakı İrəvanın münasibətlərin normallaşdırılması və ya sülh müqaviləsi layihəsinin hazırlanması ilə bağlı təkliflərinə cavab verib.

XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Armenpress" agentliyinə müsahibəsində deyib.

"Beləliklə, müzakirələr davam edir. Ümid edirik ki, bu məsələ ilə bağlı ən qısa zamanda razılıq əldə edəcəyik", - deyə o, əlavə edib.

Mirzoyan beynəlxalq tərəfdaşların vasitəçilik səylərinin bu prosesdə mühüm rol oynayacağına da ümid etdiyini bildirib.

Erməni nazir onu da bildirib ki, İrəvan baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında Avropa Şurasının prezidenti Şarl Mişel və Fransa lideri Emmanuel Makronun iştirakı ilə görüş təşkil etməyə hazırdır.

O xatırladıb ki, belə bir görüşlə bağlı razılıq bundan əvvəl Praqada keçirilən dördtərəfli təmaslar zamanı əldə olunub.

"Ermənistan tərəfi hələ də münasibətlərin nizamlanmasında maraqlıdır", - deyə Mirzoyan qeyd edib.

Hacı
XəzərNews.az


Xəbər 1074 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +