200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


15.06.2021  13:24 

ABŞ-da kimya zavodu yanır - VİDEO





A+  A-

ABŞ-ın İllinoys Rokton şəhərindəki “Chemtool” kimya zavodunda yanğın başlayıb. Xilasetmə idarəsi zavoddan bir mil radiusda yerləşən bütün sakinlərin və müəssisələrin boşaldılmasına göstəriş verib.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polisin açıqlamasında deyilir.

Səbəbi hələ müəyyənləşdirilməyən yanğın yerli vaxtla bazar ertəsi səhər saatlarında başlayıb. Yanğının su ilə söndürülməməsinə qərar verildiyindən o, hələ də davam edir.

Rokton Yanğınsöndürmə İdarəsinin rəisi Kirk Uilson bildirib ki, sudan istifadə Missisipi çayının qolu olan Rok çayına təhlükəli maddələrin axınına yol aça bilər, bu səbəbdən su ilə söndürmə təhlükəlidir.

Yerli rəsmilər kükürd turşusu, azot və qurğuşun kimi kimyəvi maddələrin yayılma riskindən narahat olduqlarını dilə gətiriblər. Uinnebaygo dairəsinin səhiyyə departamentinin inzibatçısı Sandra Martell insanları çöldə maska taxmağa çağırıb.



Xəbər 2130 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +