200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


23.07.2020  11:43 

Ukraynada qumbaralı şəxs özünü partlatmaqla hədələyir





A+  A-

Ukraynanın Poltava şəhərində polisin saxlamağa çalışdığı adam özünü qumbara ilə partlatmaqla hədələyir.
XəzərNews.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hazırda Polatava polisi onunla danışıqlar aparır. "Poltavada polis qumbara partlatmaqla hədələyən bir təcavüzkarın tutulması üçün tədbirlər görür", polis bir Facebook səhifəsində yazdı.

Qeyd olunur ki, Ostap Vişnı küçəsində nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsində şübhəli bilinən şəxsin tutulması üçün xüsusi əməliyyat aparılır. "Cinayət məsuliyyətindən yayınmağa çalışan şəxs müqavimət göstərir və polis əməkdaşlarını qumbara ilə hədələyir. Onunla danışıqlar aparılır",-deyə açıqlamada bildirilib.

Partlayıcı qurğular üzrə mütəxəssislər, istintaq-əməliyyat qrupu, regional polis və Poltava polisinin cinayət-axtarış şöbəsinin və digər xüsusi xidmət orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

"Vətəndaşlardan və sürücülərdən son dərəcə diqqətli olmalarını və xüsusi əməliyyat ərazisini uzaqdan keçmələrini xahiş edirik! Təhlükəsizliyiniz üçün hadisələrin episentrindən mümkün qədər uzaq olun",-deyə polisin müraciətində bildiriib.



Xəbər 1886 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +