200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


22.11.2019  13:19 

Azərbaycanda evdar qadınlara pul verilə bilər





A+  A-

“Unutmayın ki, biz 27 ildir ki müstəqil dövlətik. Hələ də müharibə və münaqişə şəraitində yaşayan ölkəyik. Mən demirəm ki, uşaqlar prioritet məsələ deyil. Ancaq burada o qədər məsələlər ki, onlara düzgün yanaşmalıyıq”.
XəzərNews.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalarda 18 yaşadək uşaqlara “uşaq pulu”nun verilməsi haqda öhdəliklə bağlı sualı cavablandırarkən deyib.

O vurğulayıb ki, son 2 ildə Prezident tərəfindən sosial sahəyə xeyli vəsait ayrılıb: “Hər uşağa nə qədər vəsait ayrılması məsələsi də vacib məsələdir. Biz də çalışırıq ki, bu rəqəmlər artsın. Qadınları nə qədər maarifləndirsək də, onlar işləmir. Amma bir çox ölkələr var ki, evdar qadınların əməyini daha yüksək qiymətləndirmək üçün onlar üçün xüsusi vəsait ayrılır. Biz indi bu məsələni qaldırırıq.

Yəni uşaqları böyüdən qadınlara dəstək verilsə, bu, ailəyə də dəstək olar. Biz hazırda bu istiqamətdə çalışırıq”.

Xəbər 1877 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +