Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp
Ərdoğan və Zelenski bu gün görüşəcək
Axşam Bakıda leysan olacaq
“Səba” külli miqdarda borca düşdü


07.09.2020  18:34 

Navalnı komadan çıxdı





A+  A-

Rus müxalifət lideri Aleksey Navalnı komadan çıxıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Şarite” klinikas məlumat yayıb. Bildirilib ki, həkimlər Navalnının süni komadan çıxarılmasına müvəffəq olublar və onu tədricən süni tənəffüs aparatından ayırırlar.

“O, şifahi stimullara cavab verir”,- deyə klinikanın yayımladığı press-relizdə bildirilib.

Həkimlərin sözlərinə görə, pasiyentin vəziyyəti yaxşılaşıb.

Klinika mütəmadi olaraq xəstənin həyat yoldaşı Yulia Navalnaya ilə əlaqə qurur və Navalnının vəziyyəti barədə məlumat yayımlamaq üçün ondan növbəti dəfə icazə alıblar.

Bununla yanaşı, ağır zəhərlənmənin uzunmüddətli fəsadlarını qiymətləndirmək üçün hələ tez olduğu qeyd olunub.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.

Xəbər 1665 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +