Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


29.12.2023  11:57 

Partlayıcı maddələr zavodu istifadəyə verildi





A+  A-

Gəncə şəhərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti – “AzerBlast” MMC tərəfindən inşa olunan ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu sınaq rejimində fəaliyyətə başlayıb.

Xəzərnews.az xəbər verir ki, ümumi sahəsi 5665 m2 olan müəssisənin inşasına 2023-cü ilin yanvar ayında başlanıldığını, inşaat prosesinin 12 ay davam etdiyi diqqətə çatdırılıb.

Zavodun istehsal xətti Türkiyənin “HTD Kimya və Mühendislik A.Ş” şirkətinin texnoloji dizaynı, Almaniya, Böyük Britaniya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə edilməklə təşkil olunub.

Qeyd edək ki, Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodu layihəsinə 15 milyon manat məbləğində sərmayə qoyulub.

Xatırladaq ki, dünən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “AzerBlast” MMC-nin özəl tərəfdaşı olan “DM Service” şirkətinin nümayəndəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin, Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrinin iştirakı ilə müəssisəyə baxış keçirilib.

Xəbər 3507 dəfə oxunub.




25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +